Formula 1-də növbəti mövsümdən etibarən 11-ci komanda olacaq.
Offsideplus.az xəbər verir ki, bu, "Kadillak"dır.
Yeni komanda artıq pilotlarını da açıqlayıb.
Təcrübəli pilotlar - Serxio Peres və Vallteri Bottas növbəti mövsümdən etibarən ABŞ təmsilçisi üçün çıxış edəcək.
Qeyd edək ki, hər iki pilot bu mövsüm heç bir yerdə yarışmır. Onlar bir illik fasilədən sonra yenidən padoka qayıdacaq.