RU

Penitensiar Xidmətin Mühafizə Alayına komandir əvəzi təyin edilib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayına komandir əvəzi təyin edilib.

Moderator.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, müvafiq əmrlə sözügedən vəzifə Vüqar Novruzova tapşırılıb.

Vüqar Novruzov, həmçinin Penitensiar Xidmətin Mühafizə Alayının Qərargah rəisidir.

Qeyd edək ki, bu il avqust ayının 6-da Penitensiar Xidmətin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib və xəstəxanada vəfat edib.

Избранный
28
4
moderator.az

9Источники