RU

Ermənistanın sülh sazişi üzrə əvvəllər razılaşmadığı iki əsas məqam açıqlandı

Ermənistan cari ilin yanvar ayının sonuna qədər sülh sazişi üzrə müəyyən müddəalara razılıq vermirdi.

 

Bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda xarici işlər naziri Ceyhun Bayramov deyib.

 

“Ermənistan xüsusilə məhkəmələrdə iddiaların geri çəkilməsi və sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsi ilə bağlı bəndləri qəbul etmirdi. ABŞ səfəri çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin Donald Trampın şahidliyi ilə imzalanan Birgə Bəyannamə Azərbaycanın sülh gündəliyini təsdiq edir”, - XİN başçısı bildirib.

Tarix: 26 Avqust 2025, 15:45   
Избранный
24
9
pravda.az

10Источники