İtaliya A Seriyasında 2025/2026 mövsümünün açılış turu yekunlaşıb.
Milli.Az xəbər verir ki, günün son qarşılaşmaları iki oyundan ibarət olub.
"İnter" öz meydanında "Torino"nu qəbul edib. Kristian Kivunun çalışdırdığı Milan təmsilçisi rəqibini 5:0 hesabı ilə darmadağın edərək möhtəşəm qələbə qazanıb.
Digər görüşdə isə "Udineze" ilə "Verona" üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matç heç-heçə başa çatıb və komandalar meydanı bir xalla tərk ediblər.
Hüseyn
Milli.Az