ain.az bildirir, Konkret.az portalına istinadən.
120 fransalı deputat Fransa Prezidenti Emmanuel Makronu İrana qarşı tətik mexanizmini işə salmağa çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
“Fransa Milli Assambleyasının və Senatının 120-dən çox üzvü Emmanuel Makrona açıq məktubla xəbərdarlıq edib ki, Avropa tarixi sınaq astanasındadır. Onlar İranın nüvə proqramında və Rusiya ilə hərbi əməkdaşlığında aşkar pozuntularını sadalayıb və Fransa prezidentini yaxın bir neçə gün ərzində Tehran rejiminə qarşı tətik mexanizmini işə salmağa çağırıblar”, – məlumatda qeyd olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.