RU

İlon Mask rəqiblərini təqib edir

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, iddia sənədindən sitat gətirən “Reuters” agentliyinin məlumatına görə, “Apple” və “OpenAI” şirkətləri bazarları inhisara alaraq, “X” və “xAI” kimi innovativ şirkətlər tərəfindən rəqabətin aparılmasına maneələr yaradıblar. “Apple”, “OpenAI” ilə əməkdaşlıq əsasında “ChatGPT” platformasını “iPhone”, “iPad” və “Mac” noutbuklarının əməliyyat sisteminə inteqrasiya edib. - “OpenAI” ilə eksklüziv sövdələşmə “Apple” şirkətinin “App Store” platformasında “X” və “Grok” proqramlarının görünməsini məhdudlaşdırmasının yeganə səbəbidir”, - iddiada deyilir. Yüksək texnologiyalar bazarında sağlam rəqabətin pozulduğunu vurğulayan “xAI” şirkəti milyardlarla dollar təzminat tələb edir. “Yeni iddia cənab Mask tərəfindən davam edən təqib kampaniyasının bir hissəsidir”, - öz növbəsində “OpenAI” şirkətinin sözçüsü verdiyi açıqlamada bildirib. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
azvision.az

1Источники