Bakı.Trend:
2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsindəgerçəkləşdirilən “Səyyar Gənclər Xidməti” bu dəfə Goranboyrayonunda öz missiyasını davam etdirir. “Suveren dövlət,vətənpərvər gənclik” şüarı ilə keçirilən layihə 25-29 avqusttarixlərində rayon gənclərinə xidmət göstərəcək.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə ölkəninmüxtəlif şəhər və rayonlarında, ucqar kəndlərində reallaşdırılanlayihənin əsas məqsədi Ali Baş Komandanın rəhbərliyi altındaqazanılmış tarixi Qələbənin əhəmiyyətini, dövlət müstəqilliyimizindəyərini və suverenliyimizin bərpasının məzmununu gənclərə dahageniş şəkildə təqdim etməkdir. Eyni zamanda, layihə gənclərinVətənə bağlılıq, dövlətçilik prinsiplərinə sədaqət və milli-mənəvidəyərlərə hörmət ruhunda formalaşmasına töhfə verməklə yanaşı,dövlət gənclər siyasəti çərçivəsində mövcud imkanların və yenitəşəbbüslərin region gəncləri üçün daha əlçatan və faydalı olmasınıhədəfləyir.
Səyyar Gənclər Xidmətinin Goranboydakı açılış mərasiminin rəsmihissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsivə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızınəziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Ardınca Azərbaycan Respublikasının Gənclər Fondunun icraçıdirektoru vəzifəsini icra edən Yusif Vəliyev və Goranboy Rayon İcraHakimiyyətinin başçısı Məhərrəm Quliyev öz çıxışlarında layihəningənclərə yeni biliklər qazandırması ilə yanaşı, həm də onlarındövlətçilik dəyərlərinə sadiq, öz potensialını kəşf edən və sosialmühitdə daha güclü gənc kimi formalaşmalarına şərait yaratdığınıbildiriblər.
Açıq hava şəraitində keçirilən layihənin zəngin proqramıçərçivəsində Müdafiə Nazirliyi, Narkomanlığa və NarkotikVasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə DövlətKomissiyası, eləcə də Regional Ekologiya və Təbii Sərvətlərİdarəsinin əməkdaşları gənclərlə müxtəlif istiqamətlər üzrəmaarifləndirici görüşlər keçiriblər. Bununla yanaşı, təşkil edilənmüxtəlif sessiyalarda gənclər peşə seçimi və karyera yolları, şəxsiinkişaf və motivasiya, könüllülüyün əhəmiyyəti, süni intellekttexnologiyalarının yaratdığı imkanlar, sağlam və təhlükəsiz həyattərzi barədə faydalı biliklər əldə ediblər.
Layihə çərçivəsində yaradılmış “Vətənpərvər gənclik”, “Yaradıcıgənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil vəkaryera” və “Əyləncə” adlı xüsusi zonalar isə iştirakçılarayaradıcılıqlarını nümayiş etdirmək, intellektual potensiallarınıartırmaq və bacarıqlarını inkişaf etdirmək üçün geniş şəraityaradıb. Bu zonalarda gənclər interaktiv təlimlərdə, vörkşoplarda,intellektual yarışlarda, sərgilərdə və master-klasslarda fəaliştirak ediblər. Komanda işinə yönəlmiş yarışlar, stolüstü oyunlarvə digər əyləncəli fəaliyyətlər isə gənclərin həm asudə vaxtlarınısəmərəli dəyərləndirməsinə, həm də yeni dostluqlar quraraq ünsiyyətbacarıqlarını möhkəmləndirməsinə imkan yaradıb. Günün sonundaxüsusi fəallığı ilə seçilən gənclər hədiyyələrlə təltifolunublar.
Qeyd edək ki, bu ilin oktyabr ayının sonunadək ölkənin 15 şəhərvə rayonunu, eyni zamanda ən ucqar kəndlərini əhatə edəcək olan“Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan RespublikasınınGənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi vəGənclərin İnkişaf və Karyera Mərkəzinin birgə tərəfdaşlığı iləhəyata keçirilir.