RU

Tramp yenidən Rusiyanı ağır sanksiyalarla hədələdi

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Ukrayna ilə razılaşmadan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Cənubi Koreya lideri Li Jae Myunqla görüşündə deyib.

O bildirib ki, bir-iki həftə ərzində Rusiya-Ukrayna müharibəsində razılaşma əldə edilməsə, çox sərt şəkildə prosesə müdaxilə edəcəyini bildirib.

Tramp Rusiya və Ukrayna prezidentlərinin hələ də ikitərəfli görüş üçün heç bir addım atmamasından məyus olduğunu söyləyib.

İsgəndər Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
525.az

1Источники