RU

“Horadiz-Ağbənd avtomobil yolunda işlərin 95 %-i tamamlanıb” - Baş nazirin müavini

  

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda işlərin 95 %-i icra olunub.

Missiya.Az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

O qeyd edib ki, Azərbaycan nəqliyyat potensialını reallaşdırmaq üçün bir sıra infrastruktur layihələri həyata keçirib: “Ölkəmiz hazırda bu istiqamətdə yeni layihələr həyata keçirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu strategiyanın əsas sütunlarındandır”.

Hökumət rəsmisinin sözlərinə görə, 110 kilometrlik Horadiz–Ağbənd dəmir yolu xəttinin 76 kilometri tamamlanıb: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da inşası davam etdirilir".

Избранный
14
7
missiya.az

8Источники