RU

Urmiya gölü cansız əraziyə çevrilib, canlanmayacaq

İyirmi ildən çox davam edən quraqlıqdan, kənd təsərrüfatı üçün həddindən artıq su çıxarılmasından, qanunsuz quyuların qazılmasından, bənd tikintisindən və yağıntıların azalmasından sonra Urmiya gölü praktiki olaraq mövsümi şoranlığa və cansız əraziyə çevrilib.

Axar.az xəbər verir ki, bunu İranın "Etimad" qəzetinə müsahibəsində ekoloq Suruş Talibi İskəndəri deyib.

"Urmiya gölü heç vaxt qırx il əvvəlki vəziyyətinə qayıtmayacaq və mövsümi göl kimi qəbul edilməlidir. Görülən bütün tədbirlər, o cümlədən Bərpa Komitəsinin planları sadəcə müvəqqəti xarakter daşıyır və gölü əvvəlki vəziyyətinə qaytara bilməz", - o əlavə edib.

Qeyd edək ki, Urmiya gölünün minimum su miqdarının 15 milyard kubmetr olmalı olduğu halda, hazırda göldə 500 milyon kubmetr su mövcuddur. Ekoloqlar həmin suyun da yayın sonuna kimi tamamilə quruyacağını bildirirlər.

Избранный
22
3
axar.az

4Источники