Ermənistan və Böyük Britaniya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq qərarına gəliblər.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Bildirilib ki, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Dauti arasında İrəvanda görüş keçirilib.
"Tərəflər münasibətlərin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər. Tərəflər təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini, o cümlədən gələcək yüksək səviyyəli təmasları, müdafiə məsələləri üzrə hərbi attaşelərin mübadiləsini, həmçinin kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə sahəsində daha sıx əməkdaşlığı müzakirə ediblər"- nazirlik bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта