RU

Moskvanın “xarici agent” damğası vurduğu Markov Rusiyanı tərk edəcək?


Rusiyalı tanınmış politoloq Sergey Markov ölkəni tərk etməyi düşünmədiyini açıqlayıb. Markov Telegram kanalında bildirib ki, Rusiya onun sevimli ölkəsidir və həmişə Rusiyanın yanında olacaq.

Rusiya hökumətinin bütün hərəkətlərini legitim hesab etdiyini bildirən politoloq, prezident Vladimir Putinin siyasətini dəstəklədiyini vurğulayıb.

O, əlavə edib ki, dövləti məhkəməyə vermək niyyətində deyil və ondan "xarici agent" statusunun ləğv olunacağına ümid edir.

Xatırladaq ki, Sergey Markov bir neçə gün əvvəl Rusiyada “xarici agent”lər siyahısına salınıb. Məlumatlara görə, onun “xarici agent”lər siyahısına salınması Xankəndidə keçirilən III Şuşa Qlobal Media Foumunda iştirakı ilə bağlı olub.

TAHİR

Избранный
16
baki-xeber.com

1Источники