Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanununun 12-ci maddəsinə əsasən, həkimlik fəaliyyətini yalnız ali tibbi təhsili təsdiq edən diplomu və müvafiq dövlət qeydiyyatı (sertifikasiyası) olan şəxslər həyata keçirə bilər. Orta tibb təhsili alan şəxslərin həkim-stomatoloq kimi fəaliyyət göstərməsi qanunvericiliyə görə yolverilməzdir.
Tibb kadrlarının vahid dövlət registrində olan məlumata əsasən:
Hafiz İsazadə – orta tibb təhsilli (diş texniki)
Turab Məmmədli – orta tibb təhsilli (ortoped-stomatoloq)
Azərbaycan Respublikasının “Dövlət nəzarəti haqqında” Qanununun 6-cı maddəsinə və “Səhiyyə sahəsində nəzarətin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq, Analitik Ekspertiza Mərkəzi yalnız təsdiqedici sənədlərlə daxil olan rəsmi müraciətlər əsasında araşdırma aparır. Bu müraciətlər hüquqi əsaslarla qiymətləndirilir və zərurət yarandıqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir.
Mediada yayımlanan sözügedən fakt üzrə məsələ Mərkəzin işçi qrupu tərəfindən araşdırılıb.
Aparılan araşdırma zamanı “QARAGÖZOVA” MMC-yə məxsus özəl tibb müəssisəsinin İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş müvafiq qeydiyyat nömrəli lisenziya və əlavəsi sənədinə əsasən, “diş texniki” işi üzrə tibbi xidmət göstərməsi məqsədəmüvafiq hesab edilir.
Əlavə olaraq bildirilir ki, Hafiz Faiq oğlu İsazadənin vəzifə səlahiyyətləri araşdırılan zamanı onun 12.04.2028-ci il tarixinədək qüvvədə olan dövlət sertifikasiya şəhadətnaməsi əsasında “stomatologiya” ixtisası üzrə “diş texniki” praktik tibb fəaliyyəti ilə məşğul olması müəyyən edilib. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “diş texniki” Hafiz Faiq oğlu İsazadənin praktik tibb fəaliyyəti məqsədəmüvafiq hesab edilir.
Həmçinin, mediadan edilən müraciətlərlə əlaqədar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi ev27 ünvanda yerləşən “L.A.DENT DİŞ KLİNİKASI” MMC-yə məxsus özəl tibb müəssisəsində əməkdaşlarımız tərəfindən plandankənar (növbədənkənar) yoxlama keçirilib.
Yoxlama zamanı Turab Məmmədlinin əmək müqaviləsi üzrə diş texniki vəzifəsinə götürülməsi və sertifikatsız tibb fəaliyyəti ilə əlaqədar “L.A.DENT DİŞ KLİNİKASI” MMC barədə İnzibati tənbeh tədbiri seçilərək, İXM-nin 215.1 (lisenziyadan kənar fəaliyyət) və 215.4-cü (sertifikasiyadan keçməyən şəxsin praktik tibbi fəaliyyətə buraxılması) maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilib.
Qeyd edək ki, bu gündən etibarən həmin klinikada Turab Məmmədlinin əmək müqaviləsinə xitam verilib.
AEM-in vətəndaşlara tövsiyəsi:
Vətəndaşlar özəl tibb müəssisələrində qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı aşağıdakı vasitələrlə məlumat verə bilərlər:
• “Bir pəncərə” sektoru
• Qaynar xətt: (012) 596 05 20
• E-poçt: [email protected]
• Rəsmi sayt: www.pharma.az (“Müraciət” bölməsi)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта