RU

ABŞ hərbçiləri Ermənistanı tərk etdilər

Ermənistan və ABŞ arasında keçirilən “Qartal Tərəfdaşı-2025” birgə hərbi təlimləri başa çatıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi "Facebook" səhifəsində məlumat yayıb.

“Avqustun 12-dən 20-dək Ermənistan Silahlı Qüvvələrinin Sülhməramlı Briqadası, ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunları və Kanzas Milli Qvardiyasının iştirakı ilə birgə hərbi təlimlər keçirilib. Onların da əsas hissəsi tibbi təxliyə prosedurlarına diqqət yetirməklə beynəlxalq sülhməramlı missiyalara hazırlıq olub. Təlimlər başa çatdıqdan sonra amerikalı hərbçilər texnikaları ilə birlikdə Ermənistanı tərk ediblər”, - məlumatda deyilir.

Избранный
2
2
publika.az

3Источники