RU

İrəvan və London münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq

Ermənistan və Böyük Britaniya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq qərarına gəliblər.

NOCOMMENT.az bildirir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Doughty arasında İrəvanda keçirilən görüşdən sonra Respublika Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Tərəflər münasibətlərin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər. Tərəflər təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini, o cümlədən gələcək yüksək səviyyəli təmasları, müdafiə məsələləri üzrə hərbi attaşelərin mübadiləsini, həmçinin kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə sahəsində daha sıx əməkdaşlığı müzakirə ediblər”, – məlumatda deyilir.

Избранный
23
4
nocomment.az

5Источники