Pakistanda son 10 gündə leysan yağışları və daşqınlar nəticəsində 400-ə yaxın insan həlak olub, 190-dan çox insan yaralanıb.
Missiya.Az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Pakistanda son 10 gündə Xayber-Paxtunxva, Qilqit-Baltistan və Kəşmirdə leysan yağışları və daşqınlar nəticəsində 400 nəfər ölüb, 190-dan çox insan yaralanıb. 20 mindən çox insan evsiz qalıb.
Nurlana ƏhmədovaMissiya.Az