RU

Stiven Douti Bakıdan sonra İrəvana getdi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Douti Azərbaycana səfərindən sonra Ermənistana gedib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbərinin müavini Vahan Kostanyan özünün “X” platformasındakı bildirib.

O, Böyük Britaniyanın dövlət naziri ilə görüşüb.

“Biz geniş spektrli mövzular üzrə əhatəli müzakirələr apardıq və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəldik”, - Kostanyan qeyd edib.

Избранный
17
9
modern.az

10Источники