RU

“Mançester Yunayted”in futbolçusu yüksək maaş istəyir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Maynu 1 sentyabra qədər transfer təklifi alacağı halda klubdan ayrılmaq variantını nəzərdən keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı ingilis futbolçu MY ilə yeni müqavilə barədə razılığa gələ bilməyib. O, həftəlik təxminən 174 min avro maaş tələb edir. Hazırda onun həftəlik qazancı təxminən 30 min avrodur.

Maynunun müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir. 2024/25 mövsümündə yarımmüdafiəçi bütün turnirlərdə 37 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

Избранный
5
idmanxeber.az

1Источники