RU

Sabunçuda süni gölməçədə uşaq batıb

Sabunçu rayonunda süni gölməçədə uşaq batıb.

 

Fövqəladə Hallar Nazirliyindən Pravda.az-a verilən məlumata gorə, "112" qaynar telefon xəttinə rayonda süni sututarında 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

 

Həyata keçirilən tədbirlər nəticəsində, batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Tarix: 26 Avqust 2025, 17:54   
Избранный
2
26
pravda.az

10Источники