RU

TƏBİB-də daha 2 yeni təyinat – Fotolar

Bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavini təyin olunub.

Tribunainfo.az xəbər verir ki, təyinatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun müvafiq təqdimatı əsasında həyata keçirilib.

Belə ki, Zahir Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasına direktor, Talıb Məmmədov isə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Cənub regional təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə direktor müavini təyin olunub.

Göyçay Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Z.Əliyev ixtisasca pediatrdır, yeni təyinatınadək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisəsində baş həkim vəzifəsində çalışıb.

T.Məmmədov isə buna qədər Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.

Xatırladaq ki, bir müddət öncə yeni təyinatlar gerçəkləşib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor Oktay Əmənullayev, Astara Rayon Mərkəzi Xəstəxanasına isə Bahadır Əhmədov təyinat alıb.

Избранный
49
45
tribunainfo.az

10Источники