Bakının Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq.
Publika.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonu ərazisindən keçən magistral su xəttində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, bu gün saat 23:00-dan etibarən rayonun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.