RU

"Liverpul"un yeni möcüzəsi: 16 yaşlı Rio kimisi olmamışdı

“Liverpool”un 2008-ci il təvəllüdlü gənc ulduzu Rio Enqumoha dünən gecə “Nyukasl Yunayted”lə səfər matçında möhtəşəm performans sərgiləyib.

Fanat.Az xəbər verir ki, 90+6-cı dəqiqədə oyuna daxil olan Rio, 90+10-da vurduğu qolla komandasına qələbə qazandırıb.

Bu qolla o, 16 yaş 361 günlüyündə “Liverpul” tarixində qol vuran ən gənc futbolçu kimi adını klubun salnaməsinə yazdırıb.

Qeyd edək ki, görüş qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.

Kamil Xudiyev

Избранный
4
1
fanat.az

2Источники