RU

Cəlilabadda zəncirvari qəza: 5 avtomobil toqquşdu, 2 nəfər xəsarət aldı

CƏLİLABAD, 26 avqust. TELEQRAF

Cəlilabadda zəncirvari qəza baş verib, iki nəfər xəsarət alıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Cəlilabad rayonunun “Süd zavodu” adlanan ərazisində baş verib.

İlkin məlumata görə, “VAZ 2106” markalı avtomobilin sürücüsü idarəetməni itirərək iki avtomobilə çırpılıb. Daha sonra “Mercedes”, “Hyundai” və “VAZ 2107” markalı avtomobillər də toqquşmaya qoşulub.

Hadisə nəticəsində “VAZ 2107”də olan iki sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
5
5
teleqraf.com

10Источники