RU

Sabah metro gücləndirilmiş rejimdə işləyəcək

Sabah metro gücləndirilmiş rejimdə işləyəcək

Sabah “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar olaraq Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Bakı Metropoliten” QSC-dən verilən məlumata görə, xüsusilə Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək.

Müvafiq əməliyyat planına əsasən, bu stansiyalarda növbətçilik cədvəli hazırlanacaq. Arenaya üz tutacaq azarkeşlərin rahat yönləndirilməsi və istiqaməti müəyyən etmələri üçün əlavə işçi qüvvəsi də cəlb ediləcək.

Qatarların hərəkəti yay qrafikinə uyğun təşkil olunacaq. Ehtiyac yaranacağı halda ehtiyat qatarların xəttə buraxılması da təmin ediləcək.

Qeyd olunub ki, əgər qarşılaşma əlavə vaxtla davam edərsə, azarkeşlərin mənzilbaşına rahat qayıtması üçün Bakı metropoliteninin iş saatı uzadılacaq.

Избранный
36
47
afn.az

10Источники