RU

Azərbaycan-Ukrayna İT forumu keçiriləcək

22-24 sentyabr tarixlərində Bakıda Azərbaycan-Ukrayna İT forumu keçiriləcək.

Sitat.info xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında yazıb.

Diplomat, həmçinin Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanovla görüşüb, onunla qarşıdan gələn forumu, eləcə də iki ölkə arasında İT sahəsində əməkdaşlığı müzakirə edib.

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanovla məhsuldar görüş keçirildi. Biz Ukraynanın IT Assosiasiyasının (IT Ukraine Association) səfər planlarını, Ukrayna-Azərbaycan İT forumuna (22-24 sentyabr) hazırlığı, İT, eləcə də rəqəmsallaşma və kibertəhlükəsizlik sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etdik", - diplomat qeyd edib.

Избранный
13
6
sitat.info

7Источники