RU

"Rabitəbank" "Kartmane" sahiblərini məyus etdi – limitlər azaldılır, keşbeklər məhdudlaşdırılır

"Rabitəbank" "Kartmane" sahiblərini məyus etdi – limitlər azaldılır, keşbeklər məhdudlaşdırılır

"Rabitəbank" sentyabrın 1-dən etibarən "Kartmane" debet kartlarının tariflərində dəyişikliklər edəcəyini açıqlayıb. Yeni qaydalar müştərilərin maraqlarına qarşı yönəlmiş məhdudiyyətlər kimi dəyərləndirilir.

AFN.az xəbər verir ki, müştərilərin narazı qaldıqları dəyişikliklərdən biri "Card to Card" əməliyyatlarının aylıq ödənişsiz limitinin 2000 AZN olaraq müəyyənləşməsidir. Bundan əlavə, terminallardan komissiyasız mədaxil limiti isə 3000 AZN-dən 1000 AZN-ə endirilib. Keşbek qaydaları da sərtləşdirilib – yalnız "Apple Pay" və "Google Pay" ilə ödənişlərdə tətbiq olunacaq. Yanacaqdoldurma məntəqələrində 1,5%, restoranlarda 2%, sığorta ödənişlərində isə 1% keşbek nəzərdə tutulur. 10 AZN-dən aşağı ödənişlərdə isə ümumiyyətlə keşbek qazanmaq mümkün olmayacaq.

Bankın bu qərarı sosial şəbəkələrdə tənqid olunur. İstifadəçilər bildirirlər ki, əvvəllər "Kartmane" kartları daha sərfəli idi, indi isə məhdudiyyətlər çoxalıb, üstünlüklər minimuma enib.

Ekspertlərin fikrincə, bu dəyişikliklər müştəri loyallığını ciddi şəkildə azalda və vətəndaşların alternativ banklara yönəlməsinə səbəb ola bilər.

Избранный
131
afn.az

1Источники