RU

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habeləterrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 26-da davam etdirilib.

Aznews.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra məhkəmədə zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Qasim Məmmədhəsənovun hüquqi varisi – atası Bilal Məmmədhəsənov ifadəsində oğlunun Xocalıda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran zərərçəkmiş şəxs Rizvan Əhmədovun hüquqi varisi – anası Məkkə Əhmədova ifadəsində oğlunun Xocalı şəhərində düşmən tərəfindən açılmış atəş nəticəsində həyatını itirdiyini deyib.

Zərərçəkmiş şəxs Tural Seyidovun hüquqi varisi – anası Fəridə Seyidova oğlunun Xocalıda “KamAZ" markalı avtomobili idarə edərkən düşmən tərəfindən basdırılan minanın partlaması nəticəsində həlak olduğunu söyləyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs Ramin Hüseynovun hüquqi varisi Gülbəniz Əmiraslanova qeyd edib ki, oğlu Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində həyatını itirib.

Zərərçəkmiş şəxs Azər Məmmədovun hüquqi varisi – atası Mustafa Nemətov ifadəsində vurğulayıb ki, oğlu Zəngilanda düşmənin snayperdən açdığı atəş nəticəsində həlak olub.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş şəxs Məmməd Mərdanovun hüquqi varisi – atası Ələddin Mərdanov oğlunun tankəleyhinə minaya düşərək həlak olduğunu söyləyib.

Zərərçəkmiş şəxs İlham Şəmşiyevin hüquqi varisi Şahmar Şəmşiyev isə qardaşının Ağdərədə düşmənin təxribatı nəticəsində həlak olduğunu söyləyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualını cavablandıran zərərçəkmiş şəxs Əli Tağıyevin hüquqi varisi Səid Tağızadə ifadəsində diqqətə çatdırıb ki, qardaşı Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı snayper atəşi nəticəsində Ağdamda həyatını itirib.

Zərərçəkmiş şəxs Mirzəəli Mirzəzadənin hüquqi varisi – atası Kamran Mirzəyev oğlunun düşmənin təxribatı nəticəsində Ağdərədə həlak olduğunu deyib.

Zərərçəkmiş şəxs Nail Süleymanlının hüquqi varisi – atası Səfər Süleymanov ifadəsində qeyd edib ki, oğlu düşmənin təxribatı nəticəsində Xankəndidə həyatını itirib.

Zərərçəkmiş şəxs Röyal Beydiyevin hüquqi varisi – atası Nəsib Beydiyev Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında oğlunun Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində Xocavənddə həlak olduğunu söyləyib.

Zərərçəkmiş şəxs Kənan Ağayevin hüquqi varisi – atası Vahid Ağayev oğlunun düşmənin təxribatı nəticəsində Xocavənddə snayperlə açılan atəş nəticəsində həlak olduğunu vurğulayıb.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında zərərçəkmiş şəxs Vüsal Şəhriyarovun hüquqi varisi – atası Təbiyyət Şəhriyarov oğlunun Xocalıda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində həlak olduğunu bildirib.

Zərərçəkən Vurğun Gülməmmədov ifadəsində qeyd edib ki, Ağdərə rayonu ərazisində düşmənin təxribatı zamanı snayper silahından açılan atəş nəticəsində bud-çanaq nahiyəsindən xəsarət alıb.

Əhləm Məmmədov ifadəsində Laçın rayonunun ərazisində düşmənin atdığı artilleriya mərmisinin partlaması nəticəsində Ömər Şirinovun həlak olduğunu, özünün və Faiq Cəfərovun, daha bir neçə nəfərin müxtəlif növ bədən xəsarətləri aldıqlarını deyib.

Zərərçəkən Röyal Məmmədov qeyd edib ki, Ağdərə rayonunun Canyataq kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət alıb. Həmin vaxt Emin Qarayev isə həlak olub.

Sabutay Ağabağırov ifadəsində deyib ki, Ağdərə rayonunda düşmənin atdığı artilleriya mərmisi nəticəsində o, eyni zamanda, yanında olan yoldaşları Əli Heydərov, Samir Kərimov, Şamxal Qasımov, Ceyhun Abbasov, Tural Quliyev, İsgəndər Hüseynov və Əlizamin İsmayılov xəsarətlər alıblar.

Избранный
5
49
aznews.az

10Источники