RU

Tarixi görüş

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə tarixi əhəmiyyətə malik idi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərin xarakterini və qarşıda duran mühüm vəzifələrin mahiyyətini ehtiva edir. Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşündə də vacib məsələlər müzakirə edilib.
Eyni regionda yerləşən 3 ölkənin qardaş xalqlarının gələcəkdə daha böyük əməkdaşlıq potensialı yaratması istiqamətində atılan addım kimi qiymətləndirilir: “Ölkəmizin başçısı da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ötən ay Bakıda, Füzulidə, Şuşada keçirmiş olduqları görüşləri böyük məmnunluqla xatırladıb. Vurğulanıb ki, ölkələrimiz arasında olan dostluq, qardaşlıq əlaqələri xalqlarımızın iradəsinə əsaslanır. Türkmənistan, Özbəkistan, Azərbaycan rəhbərlərinin üçtərəfli görüşünün də əhəmiyyəti dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib. Sözsüz ki, bu, çox yaxşı təşəbbüsdür. Cənab Prezident də çıxışında qeyd etdi ki, bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, dil, din birləşdirir. Qardaş ölkələrin məsələlərinin üçtərəfli formatda müzakirə edilməsi çox böyük məna daşıyır, bunun çox böyük faydası və gözəl nəticələri olacaq”. Azərbaycanla Türkmənistan arasında bir çox istiqamətlər üzrə uğurlu əməkdaşlıq var: “Həmçinin iki ölkə arasında energetika, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni əlaqələr üzrə çox gözəl perspektivlər mövcuddur. Eyni zamanda nəqliyyat imkanları baxımından hədəflər çox böyükdür. Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan ərazilərindən keçir. Bu Avropanı Uzaq Şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı hesab edilir. Bütün bunlarla yanaşı Azərbaycanla Türkmənistan arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Ölkəmizin başçısı da səfər çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlərdə iki dövlət arasında siyasi əlaqələrin mövcud durumundan məmnunluq ifadə edib. Azərbaycanın və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi vurğulanıb. Həmçinin hər iki ölkənin qlobal və regional məsələlərdə mövqeləri üst-üstə düşür. Xüsusilə BMT Baş Assambleyasında “Türkmənistanın daimi neytrallığı” adlı qəbul olunmuş qətnamədə Azərbaycanın həmmüəllif kimi çıxış etməsi dostluğun nümunəsi kimi qiymətləndirilir. Sözsüz ki,Şərq-Qərb marşrutunda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini Ermənistan ərazisindən keçməklə birləşdirən yeni nəqliyyat dəhlizinin reallaşması ölkələrimizin nəqliyyat daşımalarını və tranzit potensialını daha da artıracaq və bütün regionun inkişafına öz töhfəsini verəcək. Həmçinin Azərbaycan, Türkmənistan, Özbəkistan arasında nəqliyyat dəhlizinin imkanları bu səfərdə müzakirə edilən mövzular sırasında olub”.
Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Öbəkistan liderləri arasında yüksək səviyyəli görüş keçirilməsi tarixi hadisədir: “Zirvə görüşünün Avazada yüksək səviyyədə təşkilinə və səmimi qəbula görə öz təşəkkürlərini çatdıran cənab Prezident İlham Əliyev xalqlarımız arasında mədəni və tarixi yaxınlığa, ortaq dəyərlərə və strateji maraqlara əsaslanaraq, üç dost və qardaş dövlətin əməkdaşlı istiqamətində yeni bir səhifə açıldığını diqqətə çatdırıb. Türkmənistanın hədiyyəsi olaraq Füzuli şəhərində məscidin inşa olunması isə qardaşlıq nümunəsi kimi dəyərləndirilib. Eyni zamanda, Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma da əlaqələrdə mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır. Bütün bunlar göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır. Azərbaycanla Özbəkistan arasında 2024-cü il avqustun 23-də imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında münsibətlərin yeni müstəvidə inkişafına zəmin yaradıb. Bu mənada Azərbaycanla Özbəkistan arasındakı qardaşlıq münasibətləri qarşılıqlı dəstəyə, güclü mədəni tellərə və ortaq strateji məqsədlərə əsaslanır. Məhz Özbəkistan dövlətinin hədiyyəsi olaraq Füzuli şəhərində dahi alim Mirzə Uluqbəyin adını daşıyan orta məktəb inşa olunması, Xankəndi şəhərində tikiş fabrikinin fəaliyyət başlaması xüsusi ilə qeyd edilməlidir. Bu qardaşlığın bariz nümunəsi olaraq Bakının müasir mərkəzi olan Ağ şəhərdə “Özbəkistan” parkı yaradılır ki, bu da əlaqələrdə bütün sahələr üzrə olan dinamikanı özündə ehtiva edir. Reallıq odur ki, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri mühüm yer tutur. Məhz üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq”.
Prezident İlham Əliyevlə, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması tarixi hadisədi: “Prezidenti İlham Əliyev, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul etdilər. Eyni zamanda “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və “Türkmənhavayolları” Dövlət Xidmətinin sədri Dovran Saburov imzaladılar. “Füzuli şəhəri ilə Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Prezidenti yanında Arxadağ şəhərinin inşası üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov imzalayıb. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, Türkmənistanın dəmiryolu nəqliyyatı naziri Mammed Akmammedov və Özbəkistan Respublikasının nəqliyyat naziri İlxom Maxkamov imzaladılar. Bütün bu uğurlu səfərin nəticəsi olaraq Türkmənbaşı şəhərində hər üçün liderin yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər. Səfər çərçivəsində həmçinin Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Избранный
14
aznews.az

1Источники