RU

Kürdəmirdə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub.

Missiya.Az "APA" ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes" markalı minik avtomobili "Chevrolet" markalı digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində "Mercedes"in sürücüsü, 1986-cı il təvəllüdlü Vahid Firuz oğlu Alıyev hadisə yerində ölüb.

Hələlik şəxsiyyəti müəyyən edilməyən bir nəfər də müxtəlif dərəcəli xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
50
7
missiya.az

8Источники