RU

Astronomlar Yerdən təxminən 430 işıq ili uzaqlıqda yeni planet kəşf etdilər

Astronomlar Yerdən təxminən 430 işıq ili uzaqlıqda yeni planet kəşf etdilər

Astronomlar Yerdən təxminən 430 işıq ili uzaqlıqda, gənc bir ulduzun ətrafında fırlanan və Yupiterə bənzəyən yeni bir planet kəşf ediblər.

Earth.com saytının məlumatına görə, Hollandiya Leyden Universiteti, İrlandiya Qolvey Universiteti və ABŞ Arizona Universiteti alimlərinin rəhbərliyi ilə aparılan araşdırmada kəşf edilən yeni planetə “WISPIT 2b” adı verilib.

Astronomlar bu kəşfi Şilinin Atakama səhrasında yerləşən Avropa Cənub Rəsədxanası (ESO)-na aid Çox Böyük Teleskop (VLT) vasitəsilə həyata keçiriblər.

Alimlər bildiriblər ki, WISPIT 2b planeti Yerdən təxminən 430 işıq ili uzaqlıqda yerləşir, Yupiter ölçüsündə qaz nəhəngi kimi formalaşıb və təxminən beş milyon yaşındadır.

Qolvey Universiteti Təbii Elmlər Fakültəsinin müəllimi və araşdırmanın müəlliflərindən olan Kristian Ginski açıqlamasında bildirib ki, gənc ulduzları qısa müşahidələrlə skan edərək onların ətrafında planet işığı görünüb-görünmədiyini yoxlayıblar və bu ulduzda gözlənilmədən çox halqalı toz diskini kəşf ediblər.

Ginski əlavə edib ki, gələcək tədqiqatlarda WISPIT 2b-nin Günəşin ilkin formalarına bənzəyən gənc bir ulduzu əhatə edən toz diskində yerləşdiyinə inanırlar.

Araşdırmanın nəticələri Astrophysical Journal Letters jurnalında nəşr olunub.

Избранный
42
3
afn.az

6Источники