RU

Yevlaxda atasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı - Yenilənib

Yevlaxda 36 yaşlı şəxs atasını bıçaqlamaqda şübhəli bilinir...

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin oğlu, 1989-cu il təvəllüdlü Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Yevlax rayonunda oğulun atasını bıçaqladığı bildirilir.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Havarlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Hüsü Qara oğlu Talıbov aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

İlkin məlumata görə, onu ailə münaqişəsi zəminində oğlu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Избранный
11
poliqon.info

1Источники