Yevlaxda 36 yaşlı şəxs atasını bıçaqlamaqda şübhəli bilinir...
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin oğlu, 1989-cu il təvəllüdlü Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
***
Yevlax rayonunda oğulun atasını bıçaqladığı bildirilir.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Havarlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Hüsü Qara oğlu Talıbov aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.
İlkin məlumata görə, onu ailə münaqişəsi zəminində oğlu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info