RU

Gümrüdəki rus bazasına görə Ermənistanda siyasi ziddiyyətlər dərinləşir...


Xaqani Cəfərli: "Gümrüdəki 102-ci hərbi bazanın taleyini ermənilərdən daha çox bölgədə gedən proses həll edəcək"

İrəvanda Rusiyanın 102-ci hərbi bazasının çıxarılmasının həm tərəfdarları, həm də əleyhdarları eyni vaxtda aksiyalara başlayıblar.

İrəvan üçün vacib strateji çəkişmələrdən biri – Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının gələcəyi - indi həm tərəfdarları, həm də əleyhdarları tərəfindən kütləvi aksiyalarla diqqət mərkəzinə çıxır.

Əleyhdarların aksiyasını Ermənistanın "Cümhuriyyət naminə" partiyası və tərəfdarları Gümrüdə bazanın qarşısında keçiriblər. Etirazçılar Rusiya hərbi kontingentinin çıxarılmasını tələb ediblər. Plakatlarda “Bu baza təhlükəsizlik deyil, təhlükədir”, “Rusiya, Ermənistanı tərk et”, “Ermənistan rus çəlləkləri olmadan” kimi şüarlar yer alıb. Sərt polis dəstəyi aksiyaçılar arasında toqquşmaların qarşısını alıb.

Tərəfdarlar qismində çıxış edən “Ana Ermənistan” hərəkatı bazanın qorunması üçün qarşılıqlı aksiyaya başlayıb. Onun rəhbəri Andranik Tevanyan bu tədbiri Rusiya ilə İrəvan arasındakı münasibətləri qorumaq üçün təşkil etdiklərini açıqlayıb.

Onlar bildiriblər ki, bu baza Ermənistanın müstəqillik və təhlükəsizlik zəmanətidir və “Rusofobiyaya qarşı” davamlılıqdır.

Bu cür qarşılıqlı aksiyaların nəticəsi nə ola bilər?

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Xaqani Cəfərli bildirdi ki, erməni xalqı tarixinin dönüş nöqtəsi ola biləcək mərhələyə daxil olub: "Bugünə kimi ermənilər Rusiyanın Qafqazda, xüsusilə də Cənubi Qafqazda imperiya maraqlarının həyata keçirilməsinə xidmət edən alət olub. Rusiyanin 102-ci hərbi bazasının çıxarılması ermənilərin Rusiyanın aləti olmaqdan xilasında dönüş nöqtə ola bilər. Bunu anlayanlar Gümrüdə yerləşən 102-ci hərbi bazanın ləğvi və Rusiya hərbçilərinin Ermənistandan çıxarılmasını tələb edirlər. Rusiyanın maraqlarına xidmət etməkdə davam edərək Moskvadan hansısa “ənam” alacaqlarına ümid edənlər isə Rusiya bazasının çıxarılmasının əleyhinə çıxış edirlər.

Ermənistanın taleyi Cənubi Qafqazın ümumi taleyindən kənarda həll oluna bilməyəcəyi üçün Gümrüdəki 102-ci hərbi bazanın taleyini ermənilərdən daha çox bölgədə gedən proses həll edəcək. Hazırda Cənubi Qafqazda yaranmış geosiyasi vəziyyət Rusiyanın Ermənistandakı hərbi bazasını uzun müddət qoruya bilməyəcəyini göstərir. Rusiya Ukraynadakı hərbi-siyasi uğursuzluğu dərinləşdikcə bütün təsir dairəsini itirir. Artıq Rusiya bir daha Cənubi Qafqazda və bütövlükdə postsovet məkanında hakim ola bilməyəcək. Rusiya iqtisadiyyatının çökməyə başlaması da Moskvanın imperiya maraqlarını dəfn edir. Ona görə də Ermənsitanda Rusiya hərbi bazasının mövcudluğunu davam etdirməsi mümkünsüz hala gəlir".

Dəniz NƏSİRLİ

Избранный
17
baki-xeber.com

1Источники