RU

Kəlbəcərdə qaz sızması nəticəsində partlayış: 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı partlayış olub.

Kəlbəcər rayonunun Bərpa,Tikinti və İdarəetmə Xidmətindən "Report"a bildirilib ki, hadisə zamanı heç bir dağıntı və ya yanğın baş verməyib.

Yoxlanışı həyata keçirən 3 məsul şəxs və mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimov yanıq xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlar Kəlbəcərdə binalardan birində qaz xəttinin çəkilişində çalışan fəhlələrdir.

Faktla bağlı araşdırma aparılır.
Избранный
83
5
sherg.az

10Источники