RU

Tramp Vaşinqtonda qətllərə görə edam cəzası tələb edəcək

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda qətl törətməkdə ittiham olunanlara edam cəzasını tələb etmək niyyətində olduğunu bildirib...

"Report" xəbər verir ki, o, bunu Ağ Evdə keçirilən, yutubda yayımlanan növbəti iclasda deyib.

"Əgər kimsə paytaxt Vaşinqtonda, Kolumbiya dairəsində kimisə öldürsə, biz ölüm hökmü tələb edəcəyik. Bu, çox güclü ehtiyat tədbiridir", - Amerika lideri deyib.

Tramp paytaxtda cinayətin aradan qaldırılacağına əmin edib. O, həmçinin federal hökumətə məxsus lazımsız daşınmaz əmlakı satmaq niyyətində olduğunu açıqlayıb.

"Biz Vaşinqtonda binaları bağlamaq, onları satmaq, başqasının daşınmaz əmlakla varlanmasını istəyirik. Yeri gəlmişkən, bura cinayətsiz şəhər olacaq", - Ağ Ev rəhbəri əlavə edib.

Xatırladaq ki, Tramp avqustun 11-də cinayətkarlıqla mübarizə üçün Milli Qvardiya qoşunlarının Vaşinqtona köçürüldüyünü elan etmişdi. Dövlət başçısı, həmçinin şəhərin polis qüvvələrini federal nəzarətə keçirib və etiraf edib ki, lazım gələrsə, təhlükəsizliyi təmin etmək üçün ABŞ Silahlı Qüvvələri də cəlb oluna bilər.
“The Washington Post”un məlumatına görə, hazırda paytaxtda qeyri-qanuni immiqrasiya və cinayətkarlıqla mübarizə əməliyyatlarında 2 200 mühafizəçi iştirak edir.

Poliqon.info

Избранный
68
6
poliqon.info

10Источники