RU

Çempionlar Liqası: Qazaxıstan klubu tarixində ilk dəfə əsas mərhələyə yüksəldi

Qazaxıstanın “Kayrat” klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, Almatı təmsilçisi pley-off mərhələsində Şotlandiyanın "Seltik" komandasını üstələyib.

Hər iki oyunda 0:0 hesabı ilə nəticələndiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan qazaxıstanlılar əsas mərhələyə yüksəlib - 3:2.

Qeyd edək ki, Qazaxıstan klublarından daha əvvəl "Astana" 2015/16 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.
Избранный
50
3
sherg.az

6Источники