RU

"Google Play" pullarımızı oğurlayan onlarla proqram aşkar etdi - Android istifadəçiləri, DİQQƏT

"Google Play" mağazasından 77 zərərli Android tətbiqi silinib, bu proqramlar 19 milyondan çox cihazda quraşdırılmışdı.

Milli.Az xəbər verir ki, Zscaler-in ThreatLabs komandası tərəfindən aparılan araşdırmada, bu tətbiqlərin Anatsa (Tea Bot) bank troyanı və Joker, Harly kimi digər zərərli proqram ailələrini yaydığı müəyyən edilib.

Zərərli proqramlar istifadəçilərin cihazında mətn mesajlarını oxuya, göndərə, skrinşot çəkə, zəng edə, kontakt siyahısını oğurlaya və hətta istifadəçiləri premium xidmətlərə abunə edə bilirmiş. Həmçinin, bəzi tətbiqlər "maskalı proqram" kimi qanuni görünərək bank məlumatları və digər həssas məlumatları oğurlayırdı.

Anatsa troyanı son kampaniyasında hədəfləri genişləndirərək 831 proqramı əhatə edib və yeni fişinq səhifələri ilə Almaniya və Cənubi Koreya istifadəçilərinə də yayılıb. Tədqiqatçılar zərərli proqramların Google-un kod nəzərdən keçirməsindən yayınmaq üçün müxtəlif hiylələrdən istifadə etdiyini bildirirlər.

Milli.Az

Избранный
7
milli.az

1Источники