RU

“Azərbaycan üzərində qələbəyə şübhəmiz yoxdur”

Braqa Futbol Assosiasiyasının prezidenti Manuel Maçado Portuqaliyanın U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə ev oyununu Barseluşda keçirməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, sentyabrın 5-də Barseluş şəhər stadionunda baş tutacaq görüşdə azarkeşləri tribunalara səsləyib:

“U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində ilk oyununun Azərbaycan yığmasına qarşı Barseluşda keçirməsi bizim üçün böyük fəxrdir.

Bu, yeni yarış dövrünün başlanğıcıdır və bölgəmizin həmin prosesin tərkib hissəsi olması şərəfdir. Artıq ardıcıl üçüncü dəfədir ki, seçmə mərhələdə ən azı bir oyun bölgəmizdə keçirilir.

Bu isə Portuqaliya Futbol Federasiyasının şəhərimizə, klublarımıza, infrastrukturumuza və ən əsası, azarkeşlərimizin futbola sevgisinə etibarının göstəricisidir.

Bütün barseluşluları və futbolsevərləri Azərbaycanla oyunda stadionu doldurmağa və yığmamızı dəstəkləməyə dəvət edirik. Əvvəlki matçlarda olduğu kimi, Azərbaycan üzərində qələbəyə də şübhəmiz yoxdur”.

Məlumat üçün əlavə edək ki, Portuqaliya U-21-i AVRO-2023-ün seçmə mərhələsində Yunanıstanı 2:1, AVRO-2025-in seçmə mərhələsində isə Belarusu Barseluşda 6:1 hesabı ilə məğlub edib.

Sentyabrın 5-də keçiriləcək Portuqaliya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Избранный
11
sportinfo.az

1Источники