RU

KİV: İsrail Suriya ərazisinə zərbə endirdi - Altı hərbçi öldü

BAKI, 27 avqust. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatı (PUA) Suriya Müdafiə Nazirliyinin Dəməşqdə yerləşən hərbi obyektinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə "Sham TV" telekanalı məlumat yayıb.

Hücum nəticəsində azı 6 nəfərin öldüyü bildirilir.

Məlumata görə, İsrail PUA-sı Harcala qəsəbəsində yerləşən yerüstü hədəfə zərbələr endirib. Daha 4 hərbçi yaralanıb.

Избранный
56
teleqraf.com

1Источники