FIBA Avropa Kubokunda iştirak edəcək "Abşeron Lions" basketbolçusu Azər İbrahimovla müqavilənin müddətini uzadıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Gənc oyunçu 2025/2026 mövsümündə də komandanın formasını geyinəcək.
Azər İbrahimov aşağı yaş qrupları üzrə Azərbaycan millisinin üzvüdür.