RU

Uitkoff: Putin-Zelenski görüşü baş tuta bilər

BAKI, 27 avqust. TELEQRAF

Vaşinqton Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında ikitərəfli görüşü mümkün hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ liderinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.

"Düşünürəm ki, nəticədə ikitərəfli görüş baş tuta bilər. Hesab edirəm ki, ABŞ Prezidenti Donald Tramp sövdələşməni sona çatdırmaq üçün danışıqlar masasında tələb oluna bilər", - o, "Fox News" telekanalına müsahibəsində bildirib.

Избранный
4
teleqraf.com

1Источники