RU

Dağıstanda insanlar zəlzələdən qorxaraq küçələrə axışıb

Zəlzələdən sonra Dağıstan respublikasının Mahaçqala və digər şəhərlərində minlərlə sakini küçələrə axışıb.

APA xəbər verir ki, bir neçə saat bundan əvvəl baş vermiş 5,9 bal gücündə yeraltı təkanların episentri Xəzər dənizində olub.

Zəlzələdən qorxan insanlar binaların təkrar silkələnməsi və ya uçması ehtimalından ehtiyat edərək evlərini tərk ediblər.

Zəlzələ respublikanın hər yerində hiss olunub. Yeraltı təkanlar Pyatiqorsk, Kislovodsk və Həştərxanda qonşu rayonlara da çatıb.

Hazırda dağıntılar və tələfatlar barədə məlumat yoxdur. Yerli hakimiyyət orqanları və xilasetmə xidmətləri vəziyyəti yoxlayır.

Избранный
21
1
apa.az

2Источники