RU

Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 26-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında zərərçəkmişlərin və onların hüquqi varislərinin ifadələri dinlənilib. Qasim Məmmədhəsənovun atası Bilal Məmmədhəsənov oğlunun Xocalıda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib. Rizvan Əhmədovun anası Məkkə Əhmədova isə oğlunun Xocalı şəhərində həyatını itirdiyini deyib.

Tural Seyidovun anası Fəridə Seyidova oğlunun Xocalıda basdırılan minanın partlaması nəticəsində həlak olduğunu söyləyib. Ramin Hüseynovun anası Gülbəniz Əmiraslanova bildirib ki, oğlunun, İlham Şəmşiyevin hüquqi varisi Şahmar Şəmşiyev isə qardaşının Ağdərədə həyatını itirdiyini söyləyiblər. Azər Məmmədovun atası Mustafa Nemətov deyib ki, oğlu Zəngilanda həlak olub.

Məmməd Mərdanovun atası Ələddin Mərdanov oğlunun tankəleyhinə minaya düşərək həlak olduğunu söyləyib. Əli Tağıyevin hüquqi varisi Səid Tağızadə diqqətə çatdırıb ki, qardaşı Ağdamda həyatını itirib. Mirzəəli Mirzəzadənin atası Kamran Mirzəyev oğlunun Ağdərədə həlak olduğunu deyib. Nail Süleymanlının atası Səfər Süleymanov qeyd edib ki, oğlu Xankəndidə həyatını itirib. Röyal Beydiyevin atası Nəsib Beydiyev oğlunun Xocavənddə həlak olduğunu söyləyib.

Kənan Ağayevin atası Vahid Ağayev oğlunun Xocavənddə, Vüsal Şəhriyarovun atası Təbiyyət Şəhriyarov isə oğlunun Xocalıda həlak olduğunu bildiriblər. Vurğun Gülməmmədov qeyd edib ki, Ağdərə rayonu ərazisində xəsarət alıb. Əhləm Məmmədov Laçında Ömər Şirinovun həlak olduğunu, özünün və Faiq Cəfərovun, daha bir neçə nəfərin müxtəlif növ bədən xəsarətləri aldıqlarını deyib.

Röyal Məmmədov qeyd edib ki, Ağdərədə xəsarət alıb. Həmin vaxt Emin Qarayev isə həlak olub. Sabutay Ağabağırov deyib ki, Ağdərədə özü və yanında olan yoldaşları Əli Heydərov, Samir Kərimov, Şamxal Qasımov, Ceyhun Abbasov, Tural Quliyev, İsgəndər Hüseynov və Əlizamin İsmayılov xəsarətlər alıblar.

Ülvi Həsənov bildirib ki, Röyal Məmmədov və Murad Eyyubov onun yanında həlak olublar. Ehtiram Allahyarov Xocalıda

güllə yarası aldığını, Ramil Rzayevin və Sergey Heybətovun həyatlarını itirdiklərini bildirib. Əli Cəfərli Ağdamda qəlpə yarası, kəllə-beyin travması aldığını vurğulayıb. Elşən Zərbalıyev də Ağdamda xəsarət alıb.

Vüsal Lətifov bildirib ki, Ağdərə rayonu ərazisində Emin Abbaszadə və Ülvi Mikayılov həlak olub, özü isə yaralanıb. Sərxan Kərimli vurğulayıb ki, Cəbrayıl rayonunda xəsarət alıb. Əvəzağa Abdullazadə deyib ki, o, Ağdərədə xəsarət alıb. Zərərçəkən hadisə zamanı daha 8 nəfərin yaralandığını vurğulayıb.

Zərərçəkənlər Vətən Verdiyev, İlkin İbrahimov, Şamxal Qasımov, Emin Cəfərov, Vaseh Eyvazov, Əmrah Əliyev, Şaiq Yediyarov və Şirxan Mustafayev ifadələrində düşmənin təxribatları nəticəsində Ağdərə istiqamətində xəsarət aldıqlarını qeyd ediblər.

Ramil Allahyarov, Samir Mirzəyev, Elvin Məmmədov, Rəvan Şəfizadə və İmran Bayramov ifadələrində Kəlbəcər istiqamətində düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını deyiblər. Digər zərərçəkənlər Vasif Məmmədov, Rüstəm İsmayılov, Toğrul Nəcizadə, Altay Əhədov, Rəcəbəli Mirzəzadə, Rəşad Hudulov, Eltac Xəlilov, Elxan Məmmədzadə, Pərvin Səfərov və Sahib Bağırov ifadələrində Xocalı istiqamətində düşmənin açdığı atəşlər nəticəsində xəsarətlər aldıqlarını söyləyiblər.

Eldar Abbasov bildirib ki, Xankəndidə Seymur Şabiyev həlak olub, o və Qismət Şükürov, Vurğun Sayılov, Vüsal Hüseynov, Nəsimi Ələkbərov xəsarətlər alıblar. Qəhrəman İsmayılov deyib ki, Xocavənddə xəsarətlər alıb, Vüsal Rüstəmov, Elvin Əliyev və Əlibəy Əlibəyov həlak olublar. Rüfət Səlimov qeyd edib ki, Əsgəran qəsəbəsi ərazisində Azad Allahverdiyev xəsarətlər alıb.

Ceyhun Əsgərov diqqətə çatdırıb ki, Ağdərədə o və tibb məntəqəsinin həkimi Yasin Quluzadə xəsarətlər alıb. Tahir Zeynalov, Elsevər Kərimov, Qismət Şükürov Xankəndi, Hazar Bəndəliyev, Dünyamin Əzizov Xocavənd, Samir Zamanov, Əbülfəz Məlikov, Əli Babayev, Pərvin Əhmədli, Zakir Cəbrayılov, Taleh Zeynalov Ağdam istiqamətlərində düşmənin açdığı atəşlər nəticəsində yaralandıqlarını vurğulayıblar.

Digər zərərçəkənlər Sirus Qalallı, Umud Əliyev, Nemət Əskərov, Kamran Muradov, Famil Hüseynov, Alim Gülmalıyev, Vüqar Yusifov, İlyas Sadıqov, Rövşən Cəfərov, Ehtibar Abasquliyev də ifadələrində düşmənin təxribatı nəticəsində xəsarət aldıqlarını bildiriblər.

Sonra məhkəmə iclasında zərərçəkmiş şəxslər barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası sentyabrın 2-nə təyin olunub.

XQ

Избранный
34
40
xalqqazeti.az

10Источники