RU

Britaniyada yəhudi icmasına qarşı silsilə hücumlar baş verdi

BAKI, 27 avqust. TELEQRAF

Böyük Britaniyanın Bornmut şəhərində yəhudi icmasına qarşı silsilə hücumlar baş verib.

Teleqraf xəbər verir ki, hücum nəticəsində bir yeniyetmə pnevmatik silahdan açılmış atəş nəticəsində xəsarət alıb.

Hadisələrdən biri avqustun 23-ü baş verib.

"İki nəfər Bornmutda Manor Road boyunca gedərkən, bir avtomobil sürücüsü dayanıb və onların ünvanına təhqiramiz sözlər söyləyib. Məlumata görə, onlardan biri olan yeniyetmə daha sonra pnevmatik silahdan açılmış atəş nəticəsində vurulub", - materialda qeyd olunur.

Hücum nəticəsində oğlan başından xəsarət alıb.

Yerli sakinlər həmçinin naməlum şəxslərin icma nümayəndələrinin evlərinin divarlarına svastika şəkli çəkdiklərini qeyd ediblər. Yerli polis araşdırmaya başlayıb.

Избранный
10
teleqraf.com

1Источники