RU

Rusiyada zəlzələ... -AZƏRBAYCANDA DA HİSS OLUNDU

Avqustun 27-si saat 00:33-də Xəzər dənizinin Rusiya Federasiyasına mənsub ərazisində baş verən zəlzələ Azərbaycanda da hiss edilib.

 

Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, 5,4 maqnitudalı zəlzələ Qusar stansiyasından 94 km şimalda Dağıstan ərazisində qeydə alınıb. 

 

Zəlzələ ocağı Yerin 64 kilometr dərinliyində yerləşib.

 

Yeraltı təkanlar Quba, Xınalıq, Qusar, Siyəzən, Xudat, Şabran, Xaçmaz, Xızı, Bakı, Sumqayıt və s. şəhərlərdə 4-3 bal gücündə hiss olunub.

 

Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.

Избранный
55
2
senzor.az

10Источники