Məşhur türk serialı "Kurtlar Vadisi"ndə "Polat Alemdar" obrazı ilə tanınan aktyorun Bakıda yerləşən villassının satışa çıxarılması barədə görüntü yayılıb
Milli.Az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə səs-küy yaradıb.
Böyük maraq doğuran videoda evin interyeri və satış üçün təqdim olunan detalları əks olunub.
Bu, izləyicilər arasında müzakirələrə səbəb olub. Araşdırmamıza görə, Türkiyə mətbuatında məşhur aktyorun Bakıda evinin olması barədə xəbərə rastlamadıq.
Buna baxmayaraq, sosial media izləyiciləri arasında məlumata inananların sayı da az olmayıb.
Hüseyn
Milli.Az