RU

Vəzifəli şəxs “Tik-Tok”da onun barəsində paylaşım edən qadınla bağlı şikayətdən imtina etdi

Ağdam Kommunal Müəssisələri Kombinatının rəisi Fəzail Mehdiyev onun barəsində sosial şəbəkədə paylaşım edən qadını xüsusi ittiham qaydasında məhkəməyə verib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ağdam Rayon Məhkəməsinin hakimi Elşad Bayramovun sədrliyi ilə məhkəmənin hazırlıq iclasında baxılıb.


Fəzail Mehdiyev məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətində G.Quliyevanın onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla təhqir etdiyinə və böhtan atdığına görə barəsində Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət təqibi başlanması xahiş edib.


Xüsusi ittihamçı şikayətini onunla əsaslandırıb ki, G.Quliyeva onu sosial şəbəkələrdə təhqir edərək, ona böhtan atıb. Şikayətinə əlavə edilmiş audio diskdən və “Tik-Tok” sosial şəbəkə yazışmasından görünür ki, G.Quliyeva tərəfindən 2025-ci ilin iyul ayının sonlarında “Tik-Tok”da vasitəsi "HAKKİN SəSİ səhifə adı ilə onun barəsində təhqiredici, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuma xələl gətirən məlumatlar yaymış və böhtan dolu məlumatları həmin səhifədə xeyli sayda izləyici oxuyub.


Xüsusi ittihamçı Fəzail Mehdiyev 21 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq şikayətindən imtina edib, məhkəmə iclasına gəlməyib.


Məhkəmə G.Quliyeva barəsində Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət təqibi başlanmasına dair Fəzail Mehdiyevin xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini qərara alıb.
 

Kamal Məmmədov 

Tarix: 27 Avqust 2025, 08:25   
Избранный
20
pravda.az

1Источники