RU

Ət yenə BAHALAŞIR?

Bizim media saytına istinadən ain.az xəbər verir.

İyul ayında beynəlxalq ət və bitki yağları qiymətlərinin artması səbəbindən qlobal ərzaq qiymətləri 1,6% yüksəlib.Bu barədə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının hesabatda qeyd olunub.Məlumatda bildirilib ki, ət qiymətləri indeksi iyulda aylıq bazada 1,2% artaraq 127,3 xalla rekord səviyyəyə çatıb. İllik artım isə 6%-ə bərabər olub.ABŞ-da dana əti qiymətləri son bir ildə 15,9% artaraq 453 qram üçün 6,3 dolları keçib. Son iki ildə qiymətlər davamlı yüksəliş trendi göstərir.Avropa İttifaqı ölkələrində də ət qiymətləri rekord həddə çatıb. Aİ Komissiyasının məlumatına görə, 11-17 avqust həftəsi üçün 100 kiloqram ət 662,31 avro olub və illik artım 32,8%-dir. Bu artım, Ai-də illik 2,3% olan inflyasiyanı xeyli üstələyir.İngiltərədə isə ət qiymətləri tarixdə ən yüksək səviyyəyə çatıb. Keçən il avqustda 1 kiloqram ət 7,2 funt idisə, bu il 10,6 funt olub. İllik artım 47%-dir, ölkədə isə inflyasiya 3,8% ölçülüb.Analizlərə görə, qlobal ət qiymətlərindəki artım camış və qoyun əti qiymətlərinin yüksəlməsi ilə əlaqədardır. Xüsusilə Çin və ABŞ-dan gələn güclü tələbat qiymətləri artırıb. Bu tələbat Avstraliya və Braziliya kimi böyük istehsalçı ölkələrdə də qiymətləri yuxarı çəkib.Tarixi rekordMövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, BMT-yə bağlı Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2025-ci ilin iyul ayında qlobal ət qiymətləri indeksi 127.3 bal ilə tarixində ilk dəfə rekord zirvəni görüb:“Bu, aylıq müqayisədə 1.2% artım deməkdir və illik artım təxminən 6%-dir . Bu artım qismən ABŞ və Çin kimi böyük idxalçı ölkələrdən gələn güclü tələbə bağlıdır. Çin keçən il rekord miqdarda dana əti idxal edib, ABŞ isə quraqlıq səbəbindən heyvan sayı azaldığından idxal artımına yol verib .Qlobal ərzaq qiymətləri isə ümumi göstərci olaraq son iki ilin ən yüksək səviyyəsinə qalxıb — FAO-nun ərzaq qiymət indeksi 130.1 bal olub .İndexBox məlumatına görə, 2022-ci ildə Azərbaycanın ətin idxal qiyməti orta hesabla tona 3,972 dollar idi və bu, illik 6.6%-lik bir artımı əks etdirir.Sonrakı illərdə idxalın həcmi azalma tendensiyası göstərib — 2022-ci ildə ölkəyə 6.1 min ton ət idxal edilib, bu da əvvəlki illərə nisbətən xeyli azdır (ümumi 2022-ci ildə dəyər cəhətdən təxminən 24.1 milyon USD)” .Bu qiymət artımı Azərbaycan bazarına necə təsir edə bilər?Müsahibimiz deyir ki, dünyada ətin qiymətləri rekord səviyyəyə çatması Azərbaycan üçün də əlbəttə ki, müəyyən təsirlər doğuracaq:“Bundan əlavə Azərbaycanın daxili heyvandarlıq sektoru bir neçə problemlə üzləşib. Örüş sahələrinin daralması, heyvan sayının azalması və idxalın bahalaşması səbəbindən daxili təklif məhdudlaşıb.Bu şəraitdə hökumət heyvandarlıq subyektlərini stimullaşdırmaq, torpaq idarəçiliyini yaxşılaşdırmaq və daxili istehsalı artırmaq kimi siyasət tədbirlərini nəzərdən keçirir.Qlobal ət qiymətlərində artım idxaldan asılı olan ölkələr üçün daxili qiymətlərin artmasına təkan verə bilər. Azərbaycan əsasən idxala söykəndiyindən qiymətlərin artması təbii ki, gözləniləndir”.“Məhdud istehsal idxaldan və qiymət şokundan qoruna bilməmə riskini artırır”.Akif Nəsirli hesab edir ki, qlobal istehsalçılardan gələn baha qiymətlər, idxal xərclərini və final məhsul qiymətlərini yüksəldə bilər:“Ət məhsullarının qiymət artımı ailə büdcəsində əlavə yük (inflyasiya) yarada bilİr. Qlobal ət qiymətlərinin rekord səviyyəyə çatması Azərbaycan üçün həm də ciddi xəbərdarlıqdır. İdxaldan asılı iqtisadiyyat şəraitində bu artım daxili bazara da təsir edəcək. Amma eyni zamanda, bu vəziyyət hökumət və özəl sektor üçün daxili istehsalı gücləndirmək, dayanıqlı qida siyasəti formalaşdırmaq və istehlakçı dəstəyini artırmaq üçün fürsət də yaradır”.Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
3
bizim.media

10Источники