RU

“Real” Dani Sebalyosu Fransa klubuna icarəyə verir

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real" və "Olimpik-Marsel" yarımmüdafiəçi Dani Sebalyosun Fransa klubuna transferi ilə bağlı razılığa gəlməyə yaxındırlar. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər 29 yaşlı ispaniyalı ilə bağlı danışıqlar aparıb və fransızlar icarə müddətinin sonunda futbolçunu birdəfəlik almaq şərti ilə razılaşıblar.

Qeyd edək ki, Sebalyosun hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalı oyunçunun dəyərini 10 milyon avro qiymətləndirir. Yarımmüdafiəçi 2024/25 mövsümündə "Kral klubu"nin heyətində 45 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
sport24.az

1Источники