RU

Tarixin kölgəsində qalanlar: 7 qeyri adi və az tanınan yolsuzluq avtomobili (FOTO)

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yolsuzluq avtomobilləri hələ də olduqca populyar sinif olaraq qalır. Onlar çətin relyefdə hərəkət edə bilir ki, bu da sürücülərə əlavə imkanlar yaradır.

Qaynarinfo xəbər verir ki, "Autocar" az tanınan yolsuzluq avtomobillərinin siyahısını açıqlayıb. Onların arasında məşhur istehsalçılara məxsus modellər də var.

Alfa Romeo Matta

İtaliyanın "Alfa Romeo" şirkəti əsasən idman xarakterli minik avtomobilləri ilə tanınır. Lakin uzun illər ərzində qeyri-adi modellər də istehsal edib. 1950-ci illərin əvvəllərində İtaliya ordusunun sifarişi ilə şirkət ABŞ-ın "Willys MB" modelinə bənzər "Matta" adlı yolsuzluq avtomobili istehsal edib. Xarici görünüşündə isə markaya xas radiator barmaqlığı seçilirdi.

UMM Alter

"UMM Alter" mürəkkəb bir istehsal yolundan keçib. Əvvəlcə 1977-ci ildən fransız "SIMI" şirkəti "UMM Cournil" modelini buraxırdı. 1984–2004-cü illərdə isə Portuqaliyanın "União Metalomecânica" şirkəti Alter modelini istehsal edib. Bu avtomobil sadə quruluşu, etibarlılığı ilə seçilir və hətta bir neçə nüsxə "Paris-Dakar" ralisində iştirak etmişdi.

Isuzu VehiCROSS

1997–2001-ci illərdə istehsal olunan "Isuzu VehiCROSS" qeyri-adi dizaynı ilə fərqlənib. Damla formasında iri ön faralar, plastik kuzov detallar və salon daxilindən çıxarılan ehtiyat təkər bölməsi onun əsas xüsusiyyətlərindən idi.

Dodge Ramcharger

Bu model ABŞ-ın "Dodge" şirkətinin istehsalı idi və Meksikada yığılırdı. 1998–2001-ci illərdə buraxılan üçüncü nəsil "Ramcharger" Dodge Ram pikapı əsasında hazırlanmışdı. Modelin qeyri-adi tərəflərindən biri baqaj hissəsində yan tərəfə baxan əlavə qatlanan oturacaq idi.

Isuzu Axiom

2001–2004-cü illərdə istehsal olunan "Isuzu Axiom" markanın ən dəbdəbəli modellərindən biri hesab olunurdu. Lakin istehsalçının gözləntilərinə baxmayaraq, bazarda uğur qazana bilmədi. Yalnız 25 min ədəd avtomobil buraxılıb.

Santana PS10 Anibal

İspaniyanın "Santana Motor" şirkəti uzun illər "Land Rover" modellərini lisenziya əsasında istehsal edirdi. 1983-cü ildə əməkdaşlıq dayandırıldıqdan sonra şirkət 2002-ci ildə "Santana PS10 Anibal" modelini təqdim edib. "Land Rover Defender"ə bənzəyən bu avtomobil turbodizel Iveco mühərriki ilə təchiz olunurdu. 2011-ci ildə şirkət iflas etdikdən sonra istehsal dayandırılıb.

Mitsubishi Endeavor

2003–2011-ci illərdə "Mitsubishi" yalnız Şimali Amerika bazarı üçün "Endeavor" modelini istehsal edib. İllinoys ştatında yığılan bu avtomobil keyfiyyətli quruluşu və etibarlılığı ilə seçilsə də, satışlarda geniş uğur qazana bilməyib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
qaynarinfo.az

1Источники